Əbu Mücahid: Seçkilərin təxirə salınması xalqın iradəsinə zidd və sionistlərin iradəsinə tam təslim olmaqdır

Əbu Mücahid: Seçkilərin təxirə salınması xalqın iradəsinə zidd və sionistlərin iradəsinə tam təslim olmaqdır

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, cümə günü Fələstin Xalqının Müqavimət Komitələrinin sözçüsü Muhəmməd Əl-Bərim (Əbu Mücahid), Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbasın Fələstin seçkilərini təxirə salma qərarına reaksiya verib.

Fələstin Muxtariyyətinin rəhbəri cümə günü səhər Fələstin seçkilərinin təxirə salındığını elan edərək, seçkilərin keçirilməsinin işğal edilmiş Qüdsün bu seçkilərdə iştirakından asılı olduğunu söyləyib.

Fələstin Müqavimət Komitələrinin sözçüsü bu barədə deyib: “Bizim əsl problemimiz Oslo Anlaşmaları və xalqımızı əsarətdə saxlayan alçaldıcı müqavilələrdir. Ona görə də Oslo Anlaşmalarını və onun əlavələrini ləğv etmək və təşkilatın düşmən sionist rejimini tanıması istiqamətindəki fəaliyyətini dayandırmaq lazımdır.”

Əbu Mücahid belə əlavə edib: “Müqavimət komitələri xalqla birlikdə xalqımızın əsas hüquqlarından biri olan demokratik prosesin təxirə salınmasını qətiyyətlə rədd edirlər. Bu təxirə salınma xalqın iradəsinə zidd və sionistlərin iradəsinə tam təslim olmaqdır. Bu seçkilər Qüdsdə və bütün pak Fələstin torpaqlarındakı düşməni yox etmək üçün bir qarşıdurma əməliyyatına çevrilərək keçirilməlidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 6 =