Betlehemdə gənc bir fələstinli sionistlər tərəfindən vurularaq yaralandı

Betlehemdə gənc bir fələstinli sionistlər tərəfindən vurularaq yaralandı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, fələstinli gənc Betlehem yaxınlığında sionistlər tərəfindən açılan atəş nəticəsində xəsarət alıb.

Şahidlər Betlehem yaxınlığında bir gənc fələstinlinin yaralandığını bildiriblər.

“Arab-48” vebsaytının məlumatına görə sionistlər, gənc fələstinlinin bıçaqla bir sui qəsd əməliyyatı həyata keçirmək istədiyini iddia ediblər.

Yerli mənbələr gəncin sionistlər tərəfindən vurulduğunu qeyd ediblər.

İbrani qəzeti “Yedioth Ahronoth”, gəncin yanında iti bir əşyanın olduğunu və Betlehemin cənubundakı Efrat qəsəbəsinin girişində bir sui qəsd əməliyyatı həyata keçirmək istədiyini iddia edib.

Bu qəzet, həmçinin iddia edib ki, bu gənc bir polis məmuruna və bir sionist əsgərə hücum etməyə çalışdığı zaman atəş açılaraq yaralanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 3 =