Səudiyyə Ərəbistanı Dəməşqdə səfirliyini açmaq üçün Suriyaya Kəşfiyyat rəhbərini göndərib

Səudiyyə Ərəbistanı Dəməşqdə səfirliyini açmaq üçün Suriyaya Kəşfiyyat rəhbərini göndərib

Səudiyyə Ərəbistanı Kəşfiyyatının rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti Dəməşqə gedib.

Bu barədə Britaniyanın The Guardian qəzeti məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanı Kəşfiyyatının rəhbəri Xalid əl-Həmidan Dəməşqdə suriyalı həmkarı ilə görüşüb və qarşılıqlı əlaqələrin bərpasını müzakirə ediblər.

Əlavə edilib ki, çoxdan planlaşdırılan bu görüşdən əsas məqsəd Dəməşqdə 9 il öncə bağlanılmış Səudiyyə Ərəbistanı səfirliyini yenidən açmaqdır.

Qeyd edək ki, Suriyada daxili müharibə dövründə Səudiyyə Ərəbistanın o zamankı Kəşfiyyat rəhbəri Bəndər bin Sultan hökumətə qarşı döyüşən radikal silahlı birləşmələrin əməliyyat otaqlarından birinə rəhbərlik edir, qruplaşmaları silahla təmin etməsində yaxından iştirak edirdi.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × four =