Malayziya hökumət rəsmisi də Qüdsdən danışdı
Malayziya Baş Nazirinin Qərbi Asiya işləri üzrə nümayəndəsi Əbdülhadi Avanc Məhəmməd beynəlxalq Qüds günü ilə bağlı danışıb.
Əbdülhadi Avanc Məhəmməd açıqlamasında bildirib ki, Fələstin mübarizəsində qələbə qazanan tərəf mütləq şəkildə müqavimət cəbhəsi olacaq.
“Bütün işğalçılar və imperialistlər bir araya gəlsələr belə qələbə müqavimət cəbhəsinin olacaq. Bu dəyişilməz reallıq olduğu üçün baş tutacaq”, – deyə Əbdülhadi Avanc Məhəmməd diqqətə çatdırıb.
O qeyd edib ki, Fələstin torpaqları bütün ilahi dinlərin torpağıdır və azad edilməsi bütün inananların vəzifəsidir.
Eastnews.org