Yəmən İnqilabının Lideri: Ümumdünya Qüds Gününün mesajı Fələstin məsələsi qarşısında dini vəzifələrin yerinə yetirilməsidir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yəmən Ənsarullah hərəkatının lideri Əbdül Məlik Bədruddin Əl-Hüsi, Beynəlxalq Qüds Günü münasibətilə etdiyi çıxışında bidirib ki, Ramazan ayının son cümə gününün Beynəlxalq Qüds Günü olaraq adlandırılması Qüdsün hər bir müsəlman üçün məsuliyyət və imanının bir hissəsi olduğu mesajını verir.
Əl-Məsirə telekanalının məlumatına görə Əl-Hüsi deyib: “Ümumdünya Qüds Günü, Fələstin amallarına dəyər verən millətləri ayağa qalxmağa çağırır. Çünki hökümətlər Fələstin amallarını dərk etməkdən acizdirlər.”
O, belə qeyd edib: “Biz, İslam ümməti, Fələstin xalqını müdafiə etmək və düşmən təhdidlərinə qarşı addım atmağa görə Allah qarşısında dini bir məsuliyyət daşıyırıq.”
Ənsarullah lideri əlavə edib: “Düşmən hər nə etsə də, biz hökmən üç şeyə nail olacağıq: Düşmənin məğlubiyyəti və devrilməsi, tərəfdarlarının itkisi, Allah bəndələri və ona güvənənlərin zəfəri.”