Yandırıcı balonlar sionist yaşayış məntəqələrinin təsərrüfatlarında 6 yanğına səbəb oldu
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Qəzza ilə işğal olunmuş ərazilər arasındakı sərhəd zolağına bitişik sionist yaşayış yerlərinin təsərrüfat sahələri Qəzzadan atılan yandırıcı balonlarla atəşə tutulub.
Sionist KİV xəbər verib ki, Qəzza zolağından yanar balonların atılması səbəbindən “Qəzzanın örtüyü” adlanan bölgədə yerləşən yaşayış məntəqələrinin ətrafındakı təsərrüfat sahələrində altı yanğın baş verib.
Yandırıcı balonların Qəzzadan işğal olunmuş ərazilərin sərhəd bölgələrinə göndərilməsi bu ərazilərin 200 hektardan çox sahəsinin yanmağına səbəb olmuşdur.
Fələstinli gənclər, işğalçılara qarşı bir müqavimət metodu kimi balonlara yandırıcı maddələr bağlayaraq işğal altındakı ərazilərə göndərirlər. Belə vasitələrdən istifadə 30 Mart 2018-ci il tarixində Qəzza zolağı sərhədindəki “Qayıdış” yürüşləri zamanı gündəmə gəlmişdir.