Ayətullah Nuri Həmədani: “Sionist rejimi son nəfəslərini verir”

Ayətullah Nuri Həmədani: “Sionist rejimi son nəfəslərini verir”

İranın mərcəyi-təqlid alimlərindən olan Ayətullahul Şeyx Hüseyn Nuri Həmədani Beynəxlxalq Qüds günü ilə bağlı açıqlama verib.

Ayətullah Nuri Həmədani “İsrail bölgədəki xərçəng xəstəliyidir və sionist rejimi son nəfəslərini verir”, – deyib.

“Mübarək Ramazan ayının son cüməsi, Beynəlxalq Qüds günü qəsbkar rejimə və oğlu İsrailə olan nifrəti və məzlum Fələstin xalqı ilə həmrəylik nümayiş etdirmək üçün İmam Xomeyninin bir xatirəsidir. Bu qanunsuz rejimə nifrət etmək və müqəddəs Qüdsü dəstəkləmək bütün müsəlmanların vəzifəsidir. Dünyanın azadlıqsevər xalqları öz birliyi ilə sionistlərin həyatına son qoymalı və həmrəyliyi ilə Fələstin xalqının səsləri əsasında müstəqil dövlət qurmalıdır. Onların təkəbbürlü və regional liderləri isə bilməlidirlər ki, dəstəkləri artıq ölməkdə olan sionist ruhunu canlandıra bilməz və bu rejimlə normallaşma planı utanc və təhqirdən başqa bir şeyə gətirib çıxarmayacaq”, – deyə Ayətullah Həmədani qeyd edib.

Eastnews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − two =