Bu il Belarusa ixrac olunan “Azeri Light” markalı neftin həcmi açıqlandı

Bu il Belarusa ixrac olunan “Azeri Light” markalı neftin həcmi açıqlandı

Cari ilin 4 ayı ərzində Belarusun idxal etdiyi 1,575 milyon ABŞ dolları dəyərindəki neftin 131 milyon ABŞ dolları Azərbaycanın payına düşür.

Bütövlükdə “SOCAR Trading” şirkətinin Belarus tərəfilə imzaladığı müqaviləyə görə cari ildə sözügedən ölkəyə 1 milyon tonadək neft ixrac olunacaq. Yanvar – mart ayları ərzində Belarusa dörd partiyaya 360,1 min ton neft tədarük edilib.

Qeyd edək ki, aprelin 14-də SOCAR ilə Belarusun “Belneftexim” dövlət şirkəti arasında imzalanmış anlaşma memorandumunda Belarusda istehsal edilən neft məhsullarının birgə ixracatı, Azərbaycan neftinin Belarus bazarında birgə satışı, habelə müştərək sərmayə layihələrin icrası nəzərdə tutulur.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − 1 =