Həmas: Sionistlərin meydan oxumaq dövrü artıq bitdi

Həmas: Sionistlərin meydan oxumaq dövrü artıq bitdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Həmas sözçüsü Fouzi Bərhum Qərb Şəriyə və işğal altındakı Fələstinin şəhər və kəndlərindəki fələstinlilərin müqavimət və cəsarətini alqışlayıb.

“Səfa” xəbər agentliyinin verdiyi məlumata görə Fouzi Bərhum deyib: “Bu, fələstinlilərin eyni taleyə malik olmasının və Fələstin xalqının ölkənin bütün yerlərində böyük həmrəyliyinin göstəricisidir.”

O, belə təkid edib: “Fələstin xalqının bu addımları, sionistlərin Qəzza, Qüds və Məscidül-Əqsaya qarşı cinayətkar siyasətlərini rədd etmək üçündür.”

Həmas sözçüsü qeyd edib: “Bu güclü və davamlı xalq hərəkatları, Qərb Şəriyədə və işğal altında olan ərazilərdəki fələstinlilərin əbədi milli mesajının təkididir.”

Bərhum həmçinin belə əlavə edib: “Fələstin xalqının mesajının məzmunu budur ki, sionistlərin Qüds, Qəzza və ya Fələstinin hər hansı bir bölgəsində meydan oxumaq dövrü artıq bitdi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + six =