Sərdar Qaani ilə İsmail Həniyyə arasında telefon danışığı
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki,
İslam İnqilabı Keçikçiləri korpusunun Qüds gücü komandiri Sərdar Qaani HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmail Həniyyə ilə telefon əlaqəsi qurub.
Əl-Aləm xəbər telekanalına görə, Sərdar Qaani bu telefon danışığında sionist düşmənin təcavüzü qarşısında Fələstin xalqının müdafiəsini, misilsiz və uğurlu müqavimətini alqışlayıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Gücü komandiri həmçinin işğalçı rejimin vəhşiliyini kəskin şəkildə qınayıb.
İsmayıl Həniyyə də telefon danışığında Qüds savaşının millətin bütün övladlarının döyüşü olduğunu söyləyib və İranın Fələstin xalqına dəstəyini yüksək qiymətləndirib.
Xatırladaq ki, Fələstin müqaviməti ilə sionist rejimi arasındakı qarşıdurmalar bazar ertəsi günü, müqavimətin Təl-Əvivə bu rejimin Qüds və Məscidül-Əqsadakı təcavüzünə son qoyması ilə bağlı xəbərdarlığının vaxtının bitməsindən sonra başlamışdır.