Evdə tək yaşayan qadın qətlə yetirildi
Ağstafa rayonunda 62 yaşlı qadın qətlə yetirilib.
Hadisə rayonun Köçəsgər kəndində baş verib. Kənd sakini, 1959-cu il təvəllüdlü Çiçək Hüseynovanın yaşadığı evdə meyiti tapılıb.
Onun boğularaq öldürüldüyü məlum olub. İlkin məlumata görə, Ç.Hüseynova 30 ilə yaxındır ki, həmin evdə tək yaşayırmış.
Cinayəti törədən şəxsin müəyyən edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.
Din.gov.az