İsrail təhlükəsizlik qüvvələrinin İordan çayının qərb sahilində etirazçılara qarşı hücumu
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, işğalçı İsrail qüvvələri İordan çayının qərb sahilindəki Betlehem şəhərində fələstinlilərin etiraz nümayişlərini yatırdı.
“Əl-Cəzirə” telekanalının verdiyi məlumata görə, İsrail təhlükəsizlik qüvvələri Betlehemin Qüds küçəsindəki etirazçılara gözyaşardıcı qazdan istifadə edib. Bundan sonra işğalçı qüvvələr etirazçıları təqib edərək onlara tərəf atəş açıb.
Fələstinli mənbələr, bu şiddətli qarşıdurmaların İordan çayının qərb sahili və 1948-ci il ərazilərindəki tətil ilə eyni vaxtda başladığını bildiriblər.
Fələstinli mənbələrə görə, dünən Qərbi Şəriyədəki və 1948-ci il ərazilərindəki məktəblərin, universitetlərin, bankların və nəqliyyat vasitələrinin bütün fəaliyyətləri (özəl və dövlət qurumları da daxil olmaqla) dayandırılmış və xalq bu gün tətilə başlamışdır.
Məlumata görə, bu kampaniya müqavimət liderlərinin dəvəti ilə “Aralıq dənizindən İordan çayına qədər tətil” şüarı ilə başlamışdır.