Fələstin müqaviməti öz yeni “Qasim” raketini nümayiş etdirdi + Video
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan “Saraya əl-Quds”un (Qüds Briqadaları) sözçüsü Əbu Həmzə, sionist rejimlə hazırkı döyüşdə yeni və inkişaf etmiş raketlərin istifadə edildiyini söyləyib.
“Sama new” xəbər agentliyinin verdiyi məlumata görə, o, bu raketlərdən birinin şənbə günü (15 may) raket hücumunda istifadə edilən inkişaf etmiş “Qasim” raketinin olduğunu da əlavə edib.
Əbu Həmzə, Fələstin müqavimətinin raket radiusunun bu gün artıq Təl-Əviv, Aşdod, Aşkelon, Sderot və işğal olunmuş digər Fələstin şəhərlərinə çatdığını elan edərək bildirib: “Düşməni təəccübləndirəcək bir çox sürprizlərimiz var. Axmaq Netanyahuya və onun ordusunun axmaq komandirinə deyirik ki, sizə qəzəbimizin əsas hissəsini göstərmək üçün quru qoşunlarınızın Qəzza zolağına girməsini səbirsizliklə gözləyirik.”
İslami Cihad, 400 kiloqramlıq partlayıcı başlığı ilə təchiz edilmiş “Qasim” raketinin videogörüntüsünü yayımlamış və sionist rejimin şərqi Xanyunsdakı quru qüvvələrini məhz bu raketlə hədəfə aldığını bildirmişdir.