İordan çayının qərbində İsrail qüvvələrinin atəşi nəticəsində dörd fələstinli həlak olub, yüzlərlə yaralı var (VİDEO)

İordan çayının qərbində İsrail qüvvələrinin atəşi nəticəsində dörd fələstinli həlak olub, yüzlərlə yaralı var (VİDEO)

Ötən gün bütün Fələstin torpaqlarında elan edilmiş “qəzəb günü” İordan çayının qərbində də şiddətli qarşıdurmalar və hücumlarla yadda qalıb. Burada azı dörd fələstinli həlak olub və yüzlərlə şəxs yaralanıb.

Bu barədə Fələstinin Qızıl Aypara Cəmiyyəti bəyanat verib.

Bildirilib ki, ötən gün ərzində İordan çayının qərbində İsrail qüvvələrinin atəşi nəticəsində dörd nəfərin ölümü qeydə alınıb.

Bu qarşıdurma və hücumlar zamanı 1,400 fələstinli müxtəlif dərəcələrdə yaralanıb və xəsarət alıblar. 220 nəfər odlu güllədən yara alıb. Qalanları rezin güllələr, dəyənək və gözyaşardıcı qazlardan xəsarət alıblar.

Bu arada İsrail Ordusu ötən gecə və bu gün sübh Qəzzaya hava zərbələrini davam etdirib.

İsrail Ordusunun məlumatına görə bu gün sübh yarım saat ərzində 52 hərbi təyyarə Qəzzaya 122 dəfə hava zərbəsi endirib. Ötən günün statistikalarına görə İsrailin son 10 gündə Qəzzaya hücumunda ölənlərin sayı 215-ə çatıb. Onların 61-i uşaqdır.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + twelve =