ATƏT/DTİHB seçkiləri izləmək üçün Ermənistana müşahidə missiyası göndərir
ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün ölkəyə missiya göndərib.
Missiyaya Eoqan Merfi rəhbərlik edir, heyətdə ATƏT-in doqquz ölkəsindən 11 ekspert yer alacaq.
Bundan əlavə, DTİHB 26 may tarixindən etibarən ölkəyə 24 uzunmüddətli müşahidəçinin göndərilməsini tələb edib.
Missiya seçkilərin nə dərəcədə beynəlxalq öhdəliklər və standartlara uyğun keçirildiyini dəyərləndirəcək.
Apa