Qəzzaya hücum nəticəsində 120 min fələstinli ev-eşiyindən didərgin düşüb – Mənbə

Qəzzaya hücum nəticəsində 120 min fələstinli ev-eşiyindən didərgin düşüb – Mənbə

Son 11 gündə Qəzzaya hücum nəticəsində 120 min fələstinli ev-eşiklərindən didərgin düşüb.

Bu barədə Qəzzanı idarə edən hökumət bəyanat verib.

Bildirlib ki, son 11 gün ərzində Qəzzaya hücum nəticəsində 120 min fələstinli ev-eşiklərindən didərgin düşüb.

Onlardan yalnız 52 mininin sığınacaqlara yerləşdirilməsi mümkün olub.

Hücum nəticəsində 1,447 bina və ev tamamilə dağılıb, 13 min isə qismən dağılıb və xəsarət görüb.

Bu hücum nəticəsində 68 mətkəb və səhiyyə mərkəzləri dağılıb və ya maddi ziyanlar görüb.

Qeyd edək ki, bu müddət ərzində İsrailin hücumu nəticəsində ölənlərin sayı 230 nəfərə çatıb ki, onların 65-i uşaqdır.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + four =