Əl-Qəssam yeni nəsil pilotsuz təyyarələrini nümayiş etdirdi + Video

Əl-Qəssam yeni nəsil pilotsuz təyyarələrini nümayiş etdirdi + Video

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qolu Kataib əl-Qəssam, çərşənbə günü “Əl-Zəvari” adlı yeni nəsil pilotsuz təyyarələrini nümayiş etdirmişdir.

Kataib əl-Qəssam bir açıqlamada, müqavimətin bu yeni nəsil pilotsuz təyyarələrinin “Qüds Qılıncı” döyüşündə istifadə edildiyini söyləyib.

Həmasın hərbi qolu bu İHA-ların kəşfiyyat məlumatları topladığı və sionist rejimin hərbi mövqelərini izlədiyi anları göstərən bir video yayımlayaraq Əl-Zəvari İHA-larının düşmən mövqelərini izlədikdən sonra Qəzza zolağındakı mövqelərinə sağ-salamat qayıtdıqlarını elan edib.

Kataib əl-Qəssam ayrıca, Tunis əsilli mühəndis və bu müqavimət qrupunun üzvlərindən biri olan şəhid “Məhəmməd az-Zəvari” nin adının pilotsuz təyyarəyə verildiyini bildirmişdir.

Həmasın hərbi qolu bundan öncə “Qüds Qılıncı” döyüşündə “Şahab” pilotsuz intihar təyyarələrinin istifadə edildiyini də elan etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − ten =