Sərdar Qaaninin Saraya Əl-Quds komandirinə məktubu: Şübhə etmirik ki, tezliklə Əl-Əqsa məscidinə daxil olacağıq
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri Sərdar İsmayıl Qaani cümə axşamı Saraya əl-Quds (Fələstin İslami Cihad hərəkatının hərbi qolu) komandiri Əkrəm əl-Əcuriyə məktubunda deyib: “Müqavimət qrupları öz müqavimətləri ilə sionist düşmənin yalançı əzəmətini qırdılar.”
Əl-Məyadin telekanalının veb saytında yer alan məlumata görə, məktubda deyilir: “Sizin artan cihadi gücünüz sionist orduya böyük ziyan vura bildi və siz dözümlülüyünüz, birliyiniz, müdrik və cəsarətli komandanlığınızla sionist ordunun gücünü qıra bildiniz. Sizin gücünüz düşmənin gördüyü və ya təsəvvür etdiyindən daha üstündür.”
Sərdar Qaani əlavə edib: “Biz Qüds şəhidi Hacı Qasim Süleymanin bağladığı əhdə uyğun olaraq, bütün ruhumuz və vücudumuzla və Uca Allahın bizə verdiyi bütün güc və imkanlarla yanınızdayıq. Şübhə etmirik ki, tezliklə namaz qılmaq üçün izzət və qüdrətlə Məscidül-Əqsaya daxil olacağıq. Bilin ki, təhdidlər və təhlükələr artıb şiddətlənsə də, bu qəsbkar rejimin tənəzzülü və məhvinə qədər sizə köməyimizi dayandırmayacağıq.”