12 günlük müharibədə Müqavimətin sionist rejimə qələbəsi münasibətilə Fələstin xalqına müraciət

12 günlük müharibədə Müqavimətin sionist rejimə qələbəsi münasibətilə Fələstin xalqına müraciət

Cənab Ayətullah Xamenei bir müraciətdə Fələstin Müqavimətinin 12 günlük müharibədə sionist rejimə qələbəsi münasibətilə təbrik söyləyib. İnqilab Rəhbərinin müraciətinin mətni:

Bismillahir-Rəhmanir-Rəhim
İqtidarlı və məzlum Fələstinə salam olsun! Salam olsun şücaətli və qeyrətli Fələstin gənclərinə! Qəhrəman və müqavimətli Qəzzəyə salam! Salam Həmasa, Cihada, bütün mücahid və siyasi Fələstin qruplarına!
Əziz və Qüdrətli Allaha Fələstin mücahidlərinə əta etdiyi qələbə və izzətə görə təşəkkür edirəm. Allahdan şəhid vermiş yaralı qəlblərə aramlıq və qürur, şəhidlərə rəhmət və müjdə, zərər çəkənlərə, yaralılara şəfa diləyir, cinayətkar sionist rejim üzərində qələbəyə görə təbrik deyirəm!
Bu bir neçə günün sınağı Fələstin xalqının başını uca etdi. Vəhşi və canavarsifət düşmən düz anlamışdı ki, bütün Fələstinin qiyamı qarşısında acizdir. Qüds və Qərb Sahilinin Qəzzə ilə, 48-in ərazisi, düşərgələrlə həmkarlıq imtahanı Fələstinin gələcəyinə aparan yolu göstərdi. Bu 12 gündə qəddar rejim əsasən Qəzzədə böyük cinayətlər törətdi. Əməldə sübut etdilər ki, bütün Fələstinin qiyamı qarşısında acizlikdən çox alçaq və ağılsız addımlar ata bilərlər. Nəticədə bütün dünyada ictimai fikri özlərinə qarşı yönəldər, özləri və arxalandıqları qərb dövlətlərinə, xüsusilə cinayətkar Amerikaya münasibətdə əvvəlkindən də artıq nifrət qazanarlar. Cinayətləri davam etdirməsi və atəşkəs istəməsi hər ikisi sionist rejimin məğlubiyyəti idi.  O məğlubiyyəti qəbul etməyə məcbur oldu!
Xəbis rejim bundan da zəif olacaq. Fələstinli gənclərin hazırlığı, dəyərli cihad məcmuələrinin qüdrət nümayiş etdirməsi, qüvvələrin ardıcıl şəkildə hazırlanması Fələstini hər gün gücləndirəcək, qəsbkar düşməni hər gün zəiflədəcək, alçaldacaq!
Döyüşlərin başlaması və dayandırılması Fələstinin mücahid və siyasi rəhbərlərinin rəyindən aslıdır. Amma hazırlıq və səhnədə iqtidarlı hüzura ara vermək olmaz. Şeyx Cərrahın rejimin zorakılığı və muzdur qəsəbə sakinləri qarşısında müqavimət təcrübəsi qeyrətli Fələstin xalqının həmişəlik göstərişi olmalıdır. Şeyx Cərrahın mərdlərinə salam deyirəm!
İslam dünyası Fələstin hadisələri qarşısında daim məsul və dini baxımdan vəzifəlidir. Siyasi düşüncə və təcrübə də bu şəri hökmü təsdiqləyir və üzərində təkid edir. Müsəlman dövlətlər Fələstin xalqının dəstəklənməsində sədaqətlə meydana daxil olmalı, istər bu gün daha çox ehtiyac duyulan maliyyə vəsaitlərinə, istər Qəzzədə infrastrukturların və dağıntıların yenidən qurulmasına yardım etməlidirlər.
Millətlərin istəyi və diqqəti bu dini və siyasi tələbin dayağıdır.  Müsəlman millətlər öz dövlətlərindən tələb etməlidirlər ki, bu vəzifəni yerinə yetirsinlər. Millətlər özləri də imkanları həddində maddi və siyasi dəstək verməyə vəzifəlidir.
Digər mühüm vəzifə terrorçu və qaniçən sionist rejimin cəzalandırılmasıdır. Bütün oyaq vicdanlar təsdiq edir ki, bu 12 gündə fələstinli uşaq və qadınların geniş şəkildə qətlə yetirilməsi cinayəti cəzasız qalmamalıdır. Rejimin bütün yetkililəri və şəxsən cinayətkar Netanyahu beynəlxalq və müstəqil məhkəmələrdə mühakimə olunmalı, cəzalandırılmalıdır. Allahın qüvvəsi sayəsində bu hadisə baş verəcək. Allah öz işində qalibdir! (وَ اللَّهُ غالِبٌ عَلى‌ أَمْرِهِ)

Cümə, 9 şəvval 1442 (Hicri-qəməri)
31 ordibehişt 1400 (şəmsi)
Seyyid Əli Xamenei

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =