Bir qrup ABŞ millət vəkili sionist rejimin cinayətlərinin araşdırılmasını tələb etdi

Bir qrup ABŞ millət vəkili sionist rejimin cinayətlərinin araşdırılmasını tələb etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da, Qəzzadakı atəşkəsdən sonra bir qrup konqresmen sionist rejimin cinayətləri barədə istintaqın keçirilməsini və bu rejimə maddi yardımın dayandırılmasını tələb edib.

Nümayəndələr palatasının demokrat üzvü və sionist rejimin tənqidçisi İlhan Ömər bir twitter mesajında yazıb: “Atəşkəsin daha çox uşağın və mülki şəxsin öldürülməsinin qarşısını aldığına görə minnətdar olmalıyıq.”

Bu ABŞ konqresinin üzvü belə deyib: “Bəs indi nə baş verəcək? Bütün müharibə cinayətlərinə görə cavab verməli və işğala son qoymaq üçün heç bir şey edilmədiyi halda insanlığa qarşı alçaldıcı cinayətlərin üstünü örtməməliyik.”

Bundan əlavə, ABŞ Nümayəndələr Palatasının fələstinli üzvü Rəşida Təlib də öz twitter səhifəsində belə yazıb: “Atəşkəs lazımdır, ancaq təkcə bu, İsrail apartaydının altında yaşayanların hamısına azadlıq, ədalət və bərabərlik gətirməyəcəkdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − two =