İmran Xan: Sionistlərin cinayətləri ilə bağlı dünya ictimaiyyətinin nəzəri dəyişir

İmran Xan: Sionistlərin cinayətləri ilə bağlı dünya ictimaiyyətinin nəzəri dəyişir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın Baş naziri İmran Xan deyib: “Baxışların, ictimai rəyin və dünyanın dəyişməsi İsraili məzlum Fələstin xalqına bərabər hüquqlar verməyə məcbur edəcəkdir.”

O, sionist təcavüzünə qarşı Fələstin xalqı ilə həmrəyliyini dilə gətirən bir video mesajında belə deyib: “Sosial şəbəkələrin ictimai rəyin formalaşmasında təqdirəlayiq bir rolu vardır. İndi artıq Qərb ölkələrindən də fələstinlilərin lehinə səslər eşidilir.”

İmran Xan belə qeyd edib: “Dünyada ictimai fikir dəyişir və ilk dəfədir Qərbdən dəstək səsləri eşidilir. Onların qəzet və mediaları sionist vəhşiliklərini tənqid etdi və bəzi siyasətçilər də onlara qarşı çıxdı. Bunu ABŞ-da və Qərbdə müşahidə edəcəyimi heç düşünməmişdim.”

İmran Xan həmçinin deyib: “Dünyada ictimai rəydəki dəyişikliklərin əsas səbəbi medianın və sosial şəbəkələrin roludur. Çünki bu ölkələrin əsas medialarında əsasən senzuralı məlumatlar yayımlanır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 2 =