“Associated Press” müxbiri Fələstinə dəstək tviti göndərdiyinə görə işdən qovuldu

“Associated Press” müxbiri Fələstinə dəstək tviti göndərdiyinə görə işdən qovuldu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Associated Press-in yeni işə qəbul edilən müxbiri “Emily Wilder”, Fələstinə dəstək mesajları yaydığına görə işdən qovulub.

Vaylder “Washington Post” qəzetilə etdiyi bir telefon danışığında işdən çıxarılmasına etiraz edərək deyib: “Bu iş həqiqətən viranedicidir”

“Associated Press”-in sözçüsü Lauren Easton, Vaylderin twitter hesabında yerləşdirdiyi hansı yazının onun işdən çıxarılmasına səbəb olduğunu izah etmədən deyib: “Bizim siyasətimiz var ki, bir nəfərin ifadələri hadisəni işıqlandıran reportyorlarımız üçün təhlükəli şərait yaratmamalıdır.”

Emili Vaylder isə belə deyib: “Müxtəlif mövzularda dərin bir siyasi və şəxsi fikir sahibi olmağım o demək deyil ki, ədalətli və fakta əsaslanan jurnalistika peşəsinə yiyələnə bilmərəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 4 =