Qəzza şəhidlərinin son statistikası: 66-sı uşaq olmaqla 243 şəhid

Qəzza şəhidlərinin son statistikası: 66-sı uşaq olmaqla 243 şəhid

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, cümə günü Qəzza zolağının Səhiyyə Nazirliyi Təl-Əviv tərəfindən bu zolağa edilən geniş hücumlardan sonra Qəzzada şəhid və yaralı sayı ilə bağlı son statistik məlumatları açıqlayıb.

Fələstin xəbər agentliyi “Shahab”ın verdiyi məlumata görə, Qəzza Səhiyyə Nazirliyi etdiyi açıqlamada Qəzzadakı şəhid sayının 243-ə yüksəldiyini, bunlardan 66-sı uşaq, 39-u qadın, 17-si yaşlı olduğunu bildirib.

Bu açıqlamaya görə, İsrailin Qəzza zolağının müxtəlif yerlərinə etdiyi təcavüz nəticəsində yaralananların sayı 1910 nəfərə çatıb.

Bu xəbərlə yanaşı Əl-Məyadin telekanalı, bir qız uşağı da daxil olmaqla daha doqquz şəhidin cəsədinin Qəzza zolağında dağıntılar altından çıxarıldığını xəbər verib.

Bundan əlavə UNICEF-in məlumatına görə, İsrailin Qəzza zolağının müxtəlif yerlərinə etdiyi təcavüzdən sonra təxminən 107 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

UNİCEF, ən azı 50 təhsil və 20 səhiyyə müəssisəsinin və su xətlərinin təxminən 50%-nin ciddi zərər gördüyünü bildirib.

Bundan əlavə Qəzza Vəqfi iki gün əvvəl Qəzza zolağında üç məscidin sionist rejimi tərəfindən tamamilə dağıdıldığı və daha 40 məscidin davam edən təcavüz nəticəsində ciddi zərər gördüyünü xəbər vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × three =