Fransa və Almaniyada suriyalı mühacirlərin prezident seçkilərinə qatılmasının qarşısı alınıb – KİV

Fransa və Almaniyada suriyalı mühacirlərin prezident seçkilərinə qatılmasının qarşısı alınıb – KİV

Bir sıra Avropa ölkələri suriyalı mühacirlərin bu ölkədə seçkilərə qatılmasına icazə verməyiblər.

Bildirilib ki, son iki gündə xaricdə yaşayan suriyalıların Almaniya, Fransa və Türkiyədə prezident seçkilərinə qatılmasına icazə verilməyib.

Bildirilib ki, mühacirlərin Suriya səfirlik və konsulluqlarına gəlməsi və ya onların kompakt yaşadıqları bölgələrdə seçkilərin keçirilməsinə icazə verilməyib.

Qeyd edək ki, Suriyada 2021 prezident seçkiləri cari ayın 26-da keçiriləcək. Bir sıra dünya ölkələri bu seçkiləri tənqid ediblər. Bəşər Əsəd bu seçkilərdə əsas namizədlərdən biridir.

SalamNews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × five =