AB Belarusa qarşı yeni sanksiyalar tətbiq edə bilər

AB Belarusa qarşı yeni sanksiyalar tətbiq edə bilər

Minskdəki “Ryanair” təyyarəsi ilə bağlı insident nəticəsiz qalmayacaq.

Bunu AB Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali komissarı Josep Borrel mayın 23-də “Ryanair” sərnişin təyyarəsinin Minskə məcburi enişini və müxalifçi jurnalisti Roman Protaseviçin həbsini şərh edərkən bildirib.

Protaseviçin dərhal azadlığa buraxılmasını tələb edən Borel deyib: “Bu, Belarus hakimiyyətinin müxalifətin səslərini susdurmaq üçün daha bir cəhdidir”.

Borrel bildirib ki, beynəlxalq aviasiya qaydalarının pozulduğunu müəyyənləşdirmək üçün istintaqın aparılması vacibdir.

“Məsələ Avropa Şurasının iclasının gündəliyində olacaq. AB, hadisəyə görə məsuliyyət daşıyanlara  qarşı tədbir görülməsi də daxil olmaqla, bu hadisənin nəticələrini qiymətləndirəcək”, o deyib.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 4 =