İslam İnqilabı lideri müqavimət rəhbərlərinin məktubuna cavab verdi

İslam İnqilabı lideri müqavimət rəhbərlərinin məktubuna cavab verdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İİR-nın Ali Dini Lideri Həzrət Ayətullah Xamenei, Fələstin İslami Müqavimət Hərəkatının(Həmas) siyasi bürosunun rəhbəri İsmail Həniyyə və Fələstin İslami Cihad hərəkatının baş katibi Ziyad Nəxalənin məktublarına cavab olaraq, Fələstin işğalçılarına qarşı mübarizəni zülmə, küfrə və istismarçılığa qarşı müqavimət adlandıraraq belə vurğulayıb: “Ürəklərimiz mübarizə meydanlarınızda sizinlə birgə, dualarımız isə qələbələrinizin davam etməsi üçün daimdir.”

İslam İnqilabı Rəhbərinin məktublarının mətni belədir:

Bağışlayan və Mehriban Allahın adı ilə

Mücahid qardaşım Cənab İsmayıl Həniyyə

Salam əleykum

Son, Fələstin cihadını təsvir etdiyiniz məktubunuzu aldım. Mübarizəniz zülmə, küfrə və istismarçılığa qarşı müqavimətdir və belə bir mübarizə Uca və Qadir Allahın razılığına səbəb olan bir iş və bu ayənin bariz bir nümunəsidir: “Allaha kömək etsəniz O, da sizə yardımçı olacaq və qədəmlərinizi (bu yolda) möhkəm edəcəkdir.” Allahın qüdrəti ilə qalib gələcək və müqəddəs torpağı qəsbkarların çirkin vücudundan təmizləyəcəksiniz, İnşallah.

Qardaşınız Seyyid Əli Xamenei

Bazar ertəsi 12 Şəvval 1442

25 May 2021

Bağışlayan və Mehriban Allahın adı ilə

Mücahid qardaşım Cənab Ziyad Nəxalə

Salam əleykum

Sizin qardaşlıq məktubunuzu aldım. Siz Fələstinli qardaşların böyük və qələbə dolu cihadınız, bütün dünyada sizi sevənlər üçün bir göz aydınlığı oldu. Ürəklərimiz mübarizə meydanlarınızda sizinlə birgə, dualarımız isə qələbələrinizin davam etməsi üçün daimdir. Allahın bu vədəsi doğrudur: “Hər kəs Allaha kömək etsə Allah da hökmən ona yardımçı olacaqdır.” Sizlər Allahın qüdrəti və yardımı sayəsində son qələbəni də görəcəksiniz, İnşallah.

Qardaşınız Seyyid Əli Xamenei

Bazar ertəsi 12 Şəvval 1442

25 May 2021

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 6 =