Qətər Dövləti Əmirinin müavini Azərbaycan Prezidentini təbrik edib
Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Mətndə deyilir:
“Zati-aliləri.
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi salamlarımı, təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq və fərəh duyuram.
Zati-alinizə möhkəm cansağlığı və səadət diləyir, qardaş xalqınıza rifah və tərəqqi arzulayıram.
Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.
Apa