İsrailin Qəzzaya hücumu müharibə cinayətləri həddinə çata bilər – BMT rəsmisi
“İsrailin Qəzzaya hücumu təhlükəlidir. Bu hücumlar müharibə cinayətləri müstəvisinə çata bilər.”
Bunu BMT-nin İnsan hüquqları üzrə kommisarı Mişel Baçelet deyib.
İsrailin Qəzzaya hücumunun dərin narahatlıq doğurduğunu deyən BMT rəsmisi bu hücumun müharibə cinayətləri həddinə çata biləcəyini deyib.
O həmçinin bildirib ki, Qəzzada vurulan binaların öncədən hərbi məqsədlər üçün istifadə edilməsi də isbatlanmayıb.
Qeyd edək ki, İsrailin bu hücumunda 254 nəfər ölüb ki, onların 65-i uşaq, 37-isə qadındır.
HƏMAS bildirib ki, bu hücumda yalnız 80 hərəkat üzvü həlak olub.
Salamnews