HƏMAS rəsmisi müharibədə qələbə qazandıqlarını bəyan etdi

HƏMAS rəsmisi müharibədə qələbə qazandıqlarını bəyan etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Həmasın siyasi bürosunun üzvü, sionist rejimə qarşı müqavimətin qələbəsinə toxunaraq, fələstinlilərin öz hüquqlarını danışıqlar xaricində əldə edəcəyini söyləyib.

“Dari” radiosunun verdiyi məlumata görə, HƏMAS-ın siyasi bürosunun üzvü Xalid Əl-Bətş çərşənbə günü “Qüds Qılıncı” müharibəsinin strateji bir dönüş nöqtəsi olduğunu və bu strateji dönüş nöqtəsinin fələstinlilər üçün böyük bir zəfər olduğunu vurğulayıb.

Əl-Bətş belə qeyd edib: “Sionist rejimi, Şeyx Cərrah məhəlləsinin sakinlərini qovmağa və Məscidi-Əqsaya təcavüz etməyə çalışaraq vəziyyəti daha da ağırlaşdırdı, lakin onlar Fələstin müqavimətinin çox yaxşı imkanlarını müşahidə etdikdə təəccübləndilər. Müqavimət, silahlarını öz müqəddəs məkanlarını qorumaq üçün istifadə etdi.”

Əl-Bətş həmçinin deyib: “Qüds Qılıncı döyüşündəki müqavimət hərəkatı sionist rejimin burnunu yerə sürtdü. Hər kəs bir an öncə Fələstinin azad edilməsinə ümidlərini artırmalıdır.”

Fələstin müqavimət qruplarının gələcəkdə sionist rejimlə qarşıdurmaya hazır olmasına toxunan HƏMAS üzvü belə əlavə edib: “Hal-hazırda siyasi həll yolu Fələstin xalqının mənafeyinə deyil və siyasi həll yoluna qədəm qoymaq, “Qüds Qılıncı” döyüşündəki qələbənin qığılcımlarını aradan aparacaqdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 6 =