AB Belarusun demokratikləşməsi üçün 3 milyard avro ayırmağı planlaşdırır

AB Belarusun demokratikləşməsi üçün 3 milyard avro ayırmağı planlaşdırır

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen, Belarus müxalifətçisi Svetlana Tixanovskaya göndərdiyi ismarıcda, Avropa Birliyinin Belarusda  demokratikləşmə prosesində iştirak etməyə hazır olduğunu açıqlayıb.

Məktubunda der Leyen  ​​AB-nin bu məqsədlə 3 milyard avro ayırmağa hazır olduğunu qeyd edib.

Burada söhbət həm kreditlərdən, həm də qrantlardan gedir. Bu iqtisadi yardım planı beynəlxalq maliyyə qurumları ilə həyata keçiriləcək.

“Məqsəd Belarusun inkişafına, iqtisadiyyatının sabitləşməsinə, islahatlara və təsisatlarının demokratikləşməsinə və iqtisadi islahatların stimullaşdırılmasına imkan yaratmaqdır”, AK nümayəndəsi bildirib.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − fourteen =