Azərbaycan manatının effektiv məzənnələri artıb
Bu ilin may ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 77,6 bənd təşkil edib.
Bu, aylıq müqayisədə 1,7 bənd çox, ötən ilin eyni dövrü ilə müqayisədə 1 bənd az, ilin əvvəli ilə müqayisədə 2 bənd çoxdur.
Bu ilin may ayının 1-nə manatın real effektiv məzənnəsi isə 103,9 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,7 bənd çox, ilin əvvəli ilə müqayisədə 3,6 bənd çox, illik müqayisədə isə 3,5 bənd azdır.
Trend