“Associated Press” İsraili tənqid edən müxbirini işdən qovub
Amerikanın “Associated Press” (AP) xəbər agentliyi, İsrailin Şeyx Cərrahda fələstinlilərə qarşı etdiklərini və mətbuatın bu prosesi ışıqlandırma tərzini tənqid edən müxbir Emili Vilderi işdən qovub.
“AP” əməlkdaşıarı tərəfindən sosial şəbəkələrdə paylaşılan məlumatlara görə, Vilderin artıq agentliklə heç bir əlaqəsi qalmayıb.
Daha sonra Vilder “Washington Post” qəzetinə işdən qovulmasının səbəbləri barədə məlumat verib. Vilderin sözlərinə görə, guya o AP-nin müqaviləsində qeyd olunan sosial mediadan istifadə prinsiplərini pozduğuna görə işdən qovulub, amma hansı prinsiplərin pozulduğu barədə məlumat verilməyib.
Yəhudi və aktivist olduğunu heç vaxt gizlətmədiyini qeyd edən Vilder, Stanford Universitetində oxuduğu tələbəlik illərində də “Fələstinə ədalət üçün tələbələr” və “Sülh üçün Yəhudilərin Səsi” kimi klublarda fəal iştirak etdiyini və İsrailin fələstinlilərə qarşı hərəkətlərini hər zaman tənqid etdiyini bildirib.
Salamnews