Küveyt parlamenti İsrail rejimi əleyhinə addım atdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Küveyt parlamentində sionist rejimlə münasibətlərin normallaşmasına qarşı çıxan qanunun qəbul edildiyini xəbər verib.
Bu məlumata görə, Küveyt parlamentariləri cümə axşamı günü sionist rejimə qarşı sanksiyalarla bağlı qanun layihələrinin qəbul edilməsinə müsbət rəy vermişlər.
Bundan öncə Küveyt Xarici İşlər Naziri Əhməd Nasir Əl-Məhəmməd Əs-Səbbah da ölkəsinin Fələstin xalqının hüquqları ilə bağlı mövqeyinin sabit olduğunu bildirmişdi.
O, həmçinin sionist rejimin cinayətlərinin hərbi cinayətlər sayıla biləcəyini də əlavə edib.
Xatırladaq ki, sionist rejimin Qəzza zolağına son hücumunda bir çoxu qadın və uşaq olan 303 fələstinli şəhid olmuşdur.