İran: Nüvə danışıqlarının bu turu son ola bilər

İran: Nüvə danışıqlarının bu turu son ola bilər

“Hazırki nüvə danışıqlarındakı açar mövzular həll olsa bu tur son tur ola bilər. Əgər razılıq əldə edilməsə danışıqlar davam edəcək.”

Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

İran rəsmisi hazırda Vayanada aparılan nüvə danışıqlarının beşinci turunun son tur ola biləcəyini deyib və əlavə edib ki, bu, açar mövzuların həll edilməsindən asılıdır.

Səid Xətibzadə bildirib ki, İranın bu danışıqlardakı məqsədi Tramp dövründə tətbiq edilən bütün sanksiyaların ləğv edilməsidir.

Qeyd edək ki, nüvə sazişindən birtərəfli qaydada çıxan sabiq ABŞ Administrasiyası İrana qarşı sərt sanksiyalara başlayıb. Cavab olaraq İran nüvə sazişindəki öhdəliklərini azaldıb. İran son addımda elan edib ki, uranın zənginləşdirilməsi işini 60 faizə çatdırıb.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × four =