Daha bir Prezident Bəşər Əsədi təbrik etdi

Daha bir Prezident Bəşər Əsədi təbrik etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Livan prezidenti Mişel Oun Suriyadakı prezident seçkilərində yenidən əldə etdiyi qələbə münasibətilə Bəşar Əsədə təbrik mesajı göndərərək ölkəsinin ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

Mişel Oun təbrik məktubunda deyib:”Suriyadakı prezident seçkilərində yenidən qazanmağınız münasibətilə sizi təbrik edirəm və ümid edirəm ki, Suriyanı sabitləşdirmək və bütün ölkədə birliyi bərpa etmək üçün səylər növbəti mərhələdə də davam edəcək və qardaş Suriya xalqı təhlükəsizlik və firavanlıq içində olacaq və suriyalı qaçqınların öz vətənlərinə dönmələri asanlaşacaqdır.”

Livan xəbər agentliyi NNA-nın verdiyi məlumata görə, Oun həmçinin öz mesajında ​​bunları söyləyib: “Fürsətdən istifadə edib iki ölkə arasındakı tarixi əlaqələrin güclənməsində və iki xalqın rifahı naminə bütün sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğumu vurğulayıram.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + 16 =