Aİ-nin bəzi ölkələrində “yaşıl sertifikat” verilməsinə başlandı

Aİ-nin bəzi ölkələrində “yaşıl sertifikat” verilməsinə başlandı

Avropa İttifaqının (Aİ) üzv ölkələri olan Almaniya, Bolqarıstan, Çex Respublikası, Danimarka, Xorvatiya, Polşa, Yunanıstanda iyunun 1-dən koronavirusa qarşı peyvəndləmə sənədi olan “rəqəmli yaşıl sertifikat” verilməyə başlanıb.

Bu barədə Avropa Komissiyasının bugünkü açıqlamasında bildirilir.

Xatırladaq ki, mayın 20-də Avropa Parlamenti ilə Aİ Şurası arasında sertifikatın nizamnaməsinə dair siyasi saziş imzalanmışdı. Həmin nizamnamə iyulun 1-dən qüvvəyə mindikdən sonra bütün üzv ölkələr müvafiq sınaq və hazırlıq keçirəcəkləri təqdirdə sertifikatları tətbiq edə biləcəklər.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + 7 =