Daha bir dövlət başçısı Bəşər Əsədi təbrik etdi

Daha bir dövlət başçısı Bəşər Əsədi təbrik etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Omanın rəsmi xəbər agentliyi, bu ölkənin sultanının Bəşar Əsədi Suriyadakı 2021-ci il prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik etdiyini bildirib.

Bu məlumata görə, Heysəm bin Tariq məktub yollayaraq Bəşar Əsədi bu qalibiyyət münasibətilə təbrik edib.

Bu mesajda Oman Sultanı, Bəşar Əsədə Suriya xalqının tələblərini və bu ölkənin sabitliyini, tərəqqisini və çiçəklənməsini həyata keçirmək yolunda işlərini davam etdirməsində uğurlar arzulayıb.

Xatırladaq ki, Bəşar Əsəd Suriyadakı son prezident seçkilərində 95,1%  səslə yenidən prezident postuna yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 9 =