İngilis kəşfiyyatı Suriyadakı terrorçulara yardım edir

İngilis kəşfiyyatı Suriyadakı terrorçulara yardım edir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, diplomatik bir mənbə Qərb kəşfiyyat xidmətlərinin Suriyada fəaliyyət göstərən beynəlxalq terror qrupları ilə əlaqədə olduğunu söyləyib.

Bu mənbə Sputnik xəbər saytına verdiyi müsahibədə deyib: “Mövcud məlumatlara görə, Qərb ölkələrinin xüsusi xidmət orqanları Suriyada fəaliyyət göstərən beynəlxalq terror qruplaşmaları ilə yalnız dolayı yolla deyil, həm də birbaşa əlaqə qururlar.”

Bu mənbə, Türkiyə-Suriya sərhədində “Heyət Təhrir əş-Şam” terror qruplaşmasının liderinin İngiltərə kəşfiyyat xidməti MI6 nümayəndələri ilə görüşdüyünü əlavə edib. Bu görüşdə “Heyət Təhrir əş-Şam”ın terror təşkilatları siyahısından çıxarılması ehtimalının müzakirə olunduğu da bildirilir.

Sputnik-in istinad etdiyi bir mənbə bildirib: “İngiltərə tərəfi “Heyət Təhrir əş-Şam”-a Qərb ölkələrinə qarşı gizli hərəkətlərini dayandırmağı və kəşfiyyat xidmətləri ilə sıx əməkdaşlıq qurmağı təklif edib.”

Xatırladaq ki, bundan öncə Rusiyanın Yaxın Şərq və Afrikadakı xüsusi elçisi də Suriya seçkiləri zamanı Suriyadakı terror qruplarının təxribat xarakterli hərəkətləri barədə xəbərdarlıq etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 16 =