Fransanın Ermənistana dəstəyi davam edir

Fransanın Ermənistana dəstəyi davam edir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fransa prezidenti çərşənbə axşamı Parisdə Ermənistan baş nazirini qarşılayarkən, Azərbaycan Respublikası qüvvələrinin Ermənistan ərazisindən çıxmasını tələb edib.

AFP-nin verdiyi məlumata görə, Fransa prezidenti Emmanüel Makron Yelisey sarayında Ermənistan Baş naziri Nikol Paşinyanı qəbul edən zaman Azərbaycan Respublikası qüvvələrinin Ermənistan ərazilərinin bir hissəsini işğal etdiklərini iddia edərək deyib: “Azərbaycan Respublikasının qüvvələri Ermənistan ərazisini tərk etməlidirlər.”

“İki ölkə arasındakı sərhədlərin müəyyənləşdirilməsi yalnız danışıqlar çərçivəsində aparılmalıdır və Fransa danışıqları asanlaşdırmağa hazırdır” deyə Makron əlavə edib.

Makron, həmçinin Dağlıq Qarabağdakı müsəlmanların və xristianların mədəni irsinin qorunması məsələsinə də toxunub. Bu arada, bir İngilis diplomatı isə çərşənbə axşamı hər iki tərəfə qüvvələrini təyin olunmuş sərhədlərdə yerləşdirməyi tövsiyə edib.

Son 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan respublikaları 25 oktyabr 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağ bölgəsində atəşkəs barədə razılığa gəlmişlər. Razılaşmaya əsasən, Ermənistan tərəfi Azərbaycan Respublikasının işğal olunmuş Ağdam, Kəlbəcər və Laçın rayonlarını boşaltmaq və Naxçıvan MR-dan Azərbaycan Respublikasına dəhliz yaratmaq öhdəliyi götürmüşdür.

Bunun müqabilində isə Azərbaycan Respublikası hərbi əməliyyatları dayandırmaqla yanaşı Dağlıq Qarabağı Ermənistanla birləşdirmək üçün Laçın Dəhlizini (eni beş kilometr olmaqla) yaratmağı qəbul etmişdir. Şuşa şəhəri və bütün yeni azad edilmiş ərazilər isə rəsmi Bakının ixtiyarına verilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 − one =