Ayətullah Xamenei İslam Respublikasının “yıxılacağı” ilə bağlı son 40 ildə səsləndirilən fikirlərə münasibət bildirib (VİDEO)

Ayətullah Xamenei İslam Respublikasının “yıxılacağı” ilə bağlı son 40 ildə səsləndirilən fikirlərə münasibət bildirib (VİDEO)

“İslam Respublikasının yıxılıb aradan gedəcəyi barədə eşitdiyimiz fikirləri heç bir rejim və hökumət barədə eşitməmişik. Qırx ildir ki, bu ya gələn ay aradan gedəcək, deyib vəd verirlər. Sonuncusu isə ABŞ-ın yüksək rəsmisi tərəfindən deyilmişdi və bildirilmişdi ki, İran İslam Respublikası 40 illiyini görməyəcək….İslam Respublikası İmam Xomeyninin yaradıcı və kreativ bir məhsulu idi. İslam və Respublika onun iki əsas təməlidir.”

Bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei, inqilabın banisi Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının ildönümü ilə bağlı çıxışında deyib.

İslam İnqilabının Ali lideri İslam Respublikasını Ayətullah Ruhullah Musəvi Xomeyninin kreativ məhsulu olduğunu bildirib və vurğulayıb ki, onun iki əsas təməli İslam və Respublikadır.

Ayətullah Xamenei ölkə xalqı və rəsmilərinə çağırış edib və qeyd edilən iki təmələ xələl gəlməsinə və onların arasında fasilələrin salınmasına imkan verməməyə çağırıb.

O deyib:

“Son əsrdə İran İslam Respublikasının yıxılacağı və süqut edəcəyi barədə verilən diaqnozlar və vədlər heç bir rejim barədə deyilməyib. Elə ilk gündən bu əzəmətli fenomeni həzm edə bilməyənlər və düşmənlər deyirdilər ki, bir iki aya aradan gedəcək. Əzəmətli imamın qətiyyəti və möhkəm durması və İran-İraq müharibəsi dönəmində əldə edilən zəfərlər bu kimi ifadələrdə fasilə yaratdı. İmam Xomeyni vəfat edəndən sonra yenidən bu kimi fikirləri səsləndirməyə və arzularını diaqnoz kimi ifadə etməyə başladılar. Kimisi deyirdi İslam Respublikası uçurumdadır və bir təkan verilsə süqut edəcək. Bu fikirlər 31 il öncə deyildi. Sonra daha bir qrup ki, onlar da bizim parlamentimizin üzvləri idilər yazdıqları məktubda, İslam Respublikasının çox az vaxtı qalıb, deyirdilər. O zamandan ölkənin daxilində və xaricində şəxslər və bəzi qruplar bu sözlərdən danışırdılar. Onlar düşmənin dəstəyi və kölgəsində İslam Respublikasının süqut edəcəyini bir-birinə müjdə verirdilər. Arzularını analitik şərh və ya xəbər formatında yayımlayır və bir-birini müjdələyirdilər. Sonuncu dəfə də amerikalılar bu barədə yekun sözlərini dedilər. Onların böyük rəsmilərindən biri qətiyyətlə dedi ki, İslam Respublikası 40 illiyini görməyəcək. Mən şəxsən son əsrlərdə bir hökumətin süqutu barədə bu qədər diaqnozların olduğu (və onların yalan çıxdığını) görməmişəm”

Ayətullah Xamenei bu çıxışında hazırda İranda seçkilərə hazırlıqlarla bağlı atılan addımlara da toxunub. O, ölkənin “Nəzarət Şurası”nın bəzi siyasətçilərin namizədliklərini rədd etməsinə irad tutub və bildirib ki, bu prosesdə bəzilərinin haqları tapdalanıb. O müvafiq qurumları prosesə yenidən baxmağa çağırıb.

Salamnews

https://www.youtube.com/watch?v=3ETqL87qOnQ&feature=emb_title

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + fourteen =