Hizbullah rəsmisi Livanı xilas etməyin yolunu açıqladı

Hizbullah rəsmisi Livanı xilas etməyin yolunu açıqladı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Livan Hizbullah hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasim, Livan müsəlman alimlərinin bir toplantısında Müqavimət və Azadlıq bayramı münasibətilə Livan müsəlmanlarına müraciət edərək deyib: “Ölkəni xilas etməyin yeganə yolu hökumət qurmaqdır. Millətin rifahı üçün tərəflər arasında qarşılıqlı güzəştlər olmadan isə hökumət qurmaq mümkün deyildir.”

Şeyx Nəim Qasim deyib: “Biz çoxdan demişdik ki, yeni kabinetin qurulması problemi tamamilə daxilidir. Bu işin yekunlaşmasına mane olan ən əsas amil, ölkənin və vətəndaşların məruz qaldığı məzhəb mübahisələrinə əsaslanan daxili hesablaşmalardır.”

Hizbullah rəsmisi həmçinin deyib: “25 May Livanı zəiflikdən qüdrətə, işğaldan azadlığa, ABŞ və Sionist rejimin köləlik siyasətlərindən müstəqil bir dövlətə doğru apardı.”

Şeyx Nəim Qasim belə əlavə edib: “Müqavimətin müdafiə gücü olmasaydı, İsrail 2006-cı ildə geri çəkilməzdi. Müqavimət Livanın qalxanı və milli ordunun dəstəyidir və heç vaxt hökumətin yerini tutmaq və ya daxili hərbi qüvvələri özünə cəlb etmək marağında olmamışdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − twelve =