Qırğızıstan Prezidentinin korteji qəzaya düşüb, ölən var

Qırğızıstan Prezidentinin korteji qəzaya düşüb, ölən var

Qırğızıstan Prezidenti Sadır Japarovun avtomobil korteji  qəzaya düşüb, hadisə nəticəsində dövlət başçısının mühafizəçilərindən biri ölüb.

Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov İssık-Kul bölgəsində olarkən onu müşayiət edən avtomobillərin iştirakı ilə yol qəzası baş verib.

İlkin məlumata görə, qarşı zolağa çıxan avtomobilin sürücüsü sərxoş olub. Qəza nəticəsində üç nəfər yaralanıb, Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin əməkdaşı ölüb”, – mətbuat xidmətinin açıqlamasında deyilir.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + 9 =