Şəhid ailələri və müharibə əlilləri ilə bağlı QHT rəhbərləri ilə görüş keçirilib

Şəhid ailələri və müharibə əlilləri ilə bağlı QHT rəhbərləri ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində şəhid ailələri, Qarabağ müharibəsi, 20 Yanvar, Çernobıl əlilləri, qazilərlə bağlı QHT-lərin rəhbərləri ilə görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, görüşdə “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri”, “Qarabağ Qaziləri”, “20 Yanvar” Cəmiyyəti, “Azərbaycan Vətən Müharibəsi Veteranları” “Şəhid ailələrinə maddi və mənəvi dəstək”, “Vətənpərvərliyin Təbliğinə Dəstək” və s. İctimai Birliklərin rəhbərləri – ümumilikdə 12 QHT nümayəndəsi iştirak edib.

Agentliyin sədri Vüqar Behbudov sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi sahəsində aparılan işləri qeyd edib. O, şəhid ailələri və müharibə əlillərinin mənzillə, müharibə əlillərinin avtomobillə təminatı proqramı barədə məlumat verib.

Postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı həyata keçirilən geniş miqyaslı sosial dəstək tədbirlərini diqqətə çatdırıb.

Qurum tərəfindən aparılan işlərdə, habelə ictimai iştirakçılığın və ictimai nəzarətin təmin olunmasında vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlıq, birgə layihələrin icrası təcrübəsinin olduğu vurğulanıb.

Görüşdə şəhid ailələri və qazilərlə, əlillərlə bağlı icra olunan sosial müdafiə proqramlarına dair fikir mübadilələri aparılıb. İctimai birliklərin rəhbərlərinin rəy və təklifləri dinlənilib, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 14 =