Türkiyə XİN Rusiyadan alınan “S-400″ü NATO üçün təhdid hesab etmir
Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu bildirib ki, Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemləri NATO-nun təhlükəsizliyi üçün təhdid yaratmır.
O bunu Fransanın “Opinion” qəzeti üçün məqaləsində açıqlayıb.
“S-400” raketləri NATO-nun təhlükəsizliyi üçün heç bir risk yaratmır. Türkiyə “S-400″ məsələsini konstruktiv dialoq çərçivəsində dəyərləndirməkdə qərarlıdır”, o deyib.