FSB Ukrayna xüsusi xidmət orqanlarının Rusiyadakı cəsusunun ifşa olunduğunu açıqlayıb
Ukrayna xüsusi xidmət orqanlarının cəsusu Rusiyada ifşa olunub. Bu barədə FSB-nin mətbuat xidməti xəbər verir.
“…. Ukrayna vətəndaşı Semenyaka Oleksiy Petroviçin Ukrayna xüsusi xidmət orqanlarının maraqları naminə kəşfiyyat və təxribat fəaliyyətinin qarşısı alınıb”, məlumatda deyilir.
Onun fəaliyyətinə Ukrayna əks-kəşfiyyat zabitləri nəzarət edib. Məlumata görə, cəsus Rusiyanın xarici təhlükəsizliyinə ziyan vura bilməyib.
“Əcnəbinin Rusiya ərazisində qalması arzuolunmazdır, onun 25 il müddətinə ölkəmizin ərazisinə girməsinə qadağa qoyulub. İyunun 3-də Ukrayna vətəndaşı Rusiya ərazisini tərk edib”, məlumatda deyilir.
Trend