Boko-Haram terror təşkilatının lideri məhv edilib

Boko-Haram terror təşkilatının lideri məhv edilib

 Afrikada son illlərdə çoxsaylı terror aktlarını həyata keçirmiş Boko-Haram terror təşkilatının lideri Əbu-Bəkr Şekaunun ölümü təsdiqini tapıb.

İŞİD terror təşkilatının Afrika qanadı Boko-Haramın lideri Əbu-Bəkr Şekaunun ölümü ilə bağlı iki həftə öncədən bildirilən iddialar terror təşkilatının öz içindən də təsdiqlənib.

Terror təşkilatının öz içindən olduğu ehtimal edilən yayılmış səs yazıda Əbu-Bəkr Şekaunun öldüyü bildirilir.

Qeyd edək ki, Boko-Haram Nigeriyanın şimal-şərqində və digər üç qonşu Afrika ölkəsində onlarla qanlı terror hücumları həyata keçirib. Özü İŞİD terror təşkilatından öncə yaransa da sonradan ona tabe olduğunu elan edib. Nigeriya Ordusu hələ bu məlumatı rəsmən təsdiqləməyib.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − 3 =