1967-ci ildən bəri həbs olunan fələstinlilərin sayı məlum oldu
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinli Məhbuslar və Əsirlər Təşkilatı sionist işğalçıların 1967-ci ildən bəri 50.000 uşaq və 17.000-dən çox qadın da daxil olmaqla bir milyon fələstinlini həbs etdiklərini açıqlamışdır.
Təşkilatın bu gün verdiyi bir açıqlamaya görə, işğalçılar 1967-ci ildən bəri fələstinlilərin həbs edilməsini hər gün daha çox artırmışlar. İsrail həbsxanalarında məhbuslar ağır şəraitlərdədirlər və hər cür zehni və fiziki işgəncələrə məruz qalırlar.
Fələstinli Məhbuslar və Əsirlər Təşkilatı, 1967-ci ildən bəri İsrail həbsxanalarında 226 fələstinli məhbusun öldürüldüyünü, onlardan 73-ü işgəncə, 71-i tibbi səhlənkarlıq və 82-si isə işğalçı qüvvələr tərəfindən birbaşa odlu silahla qətlə yetirildiyini söyləyib.
Fələstinli Məhbuslar və Əsirlər Təşkilatı, beynəlxalq ictimaiyyəti sükutu pozmağa və fələstinlilərə qarşı davam edən cinayətlərə və həbslərə son qoymaq üçün beynəlxalq hüquqa müvafiq olaraq dərhal hərəkətə keçməyə çağırıb.