Bakı metrosu ilə gündəlik 400 min sərnişin daşınıb

Bakı metrosu ilə gündəlik 400 min sərnişin daşınıb

Ötən həftə Bakı metrosu ilə gündəlik təxminən 350-400 min sərnişin daşınıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu 2 dəfəyə qədər azalma deməkdir.

B.Məmmədov ötən həftə ilk dəfə istifadəyə verilən “8 Noyabr” stansiyasında daşınan sərnişin sayı haqda da danışıb:

“Adıçəkilən stansiyada orta hesabla təxminən gündəlik 2 500 sərnişin daşınıb”.

Qeyd edək ki, Bakı metrosu ilə sərnişin daşınması gündəlik ortalama 700 min nəfərdir. B.Məmmədov azalmanın səbəbinin karantin qaydalarına uyğun olaraq təhsil müəssisələrinin bağlı olması və iş yerlərində iş rejiminin fərqli olması ilə əlaqədar olduğunu deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × two =