Lavrov: Ermənistan və Azərbaycan mehriban qonşular kimi birlikdə yaşamağı öyrənməlidirlər
Ermənistan və Azərbaycan mehriban qonşular kimi birlikdə yaşamağı öyrənməlidirlər.
Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Primakov Oxuları” forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, sadə insanların həyatını yaxşılaşdırmaq üçün səy göstərmək lazımdır.
Nazirin fikrincə Ermənistan və Azərbaycan sərhədindəki mövcud münaqişələrin Qarabağla heç bir əlaqəsi yoxdur.
Salamnews