İraqda həbsi ciddi siyasi qarşıdurmaya səbəb olmuş hərbçi sərbəst buraxılıb

İraqda həbsi ciddi siyasi qarşıdurmaya səbəb olmuş hərbçi sərbəst buraxılıb

 İraqda “Xalq Səfərbər Qüvvələri”nin (Haşd-Şabi) komandiri sərbəst buraxılıb.

İraqın (İŞİD-ə qarşı mübarizə məqsədilə təsis edilən) Haşd-Şabi qüvvələrinin komandiri Qasim Müslih azad edilib.

İraq Məhkəməsi iki həftə öncə saxlanılmış komandirin həbsilə bağlı ünvanlanan ittihamlar haqda sübutların olmadığı üçün, onu sərbəst buraxıb.

Qeyd edək ki, Qasim Müslin Kərbəlada bir neçə fəalın terrora məruz qalmasında ittihamlandırılırdı. Haşd-Şabi qüvvələri onun həbsinin heç bir əsası olmadan, ABŞ-ın hökumətə və digər təhlükəsizlik qurumlarına təzyiqi nəticəsində həyata keçirildiyini bildiriblər. Qasim Müslih saxlanılandan sonra Haşd-Şabi qüvvələri Bağdadda dövlət dairələrinin və xarici nümayəndəliklərin yerləşdiyi “Yaşıl Zona”ya hərbi qüvvələr cəlb ediblər ki, bir çoxları bu addımı “səssiz çevriliş” adlandırırdılar. 

Əlavə edək ki, Qasim Müslih Haşd-Şabi qüvvələrinin (İraq-Suriya sərhədində yerləşən və İŞİD-in fəal olduğu) əl-Ənbar əyaləti komandanlığının rəhbəridir. Bəzi mənbələr onu ABŞ qərargahlarını hədəfə alan əsas tərəflərdən biri kimi təqdim edirlər.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × three =